Hulusi Akar Rusiyanın müdafiə naziri ilə Suriyanı müzakirə edib

Hulusi Akar Rusiyanın müdafiə naziri ilə Suriyanı müzakirə edib

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Rasthaber Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Huslusi Akar media nümayəndələrinə açıqlamasında bildirib. Nazir qeyd edib ki, telefon söhbəti zamanı Suriyadakı qanun pozuntuları müzakirə edildi. Oradakı terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı bir sıra mübarizə tədbirlərinin qüvvəyə minməsinin zəruriliyi ifadə edilib.

Hulusi Akar bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını da bildirib.

Nazir Akar açıqlamasında ayrıca, Suriyadakı hər növ təcavüzə lazım olan cavabın verildiyini və cari il martın 1-dən indiyədək, əsasən Suriyanın şimalı olmaqla İraqın şimalı ilə birlikdə 220-dən çox terrorçunun zərərsizləşdirildiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR