Təhrir əş-Şam terror təşkilatının lideri Əhməd əş-Şaranın rəhbərlik etdiyi Suriyanın yeni hökuməti paytaxt Dəməşqə uçuşlarda İran və İsrail vətəndaşlarının daşınmasına qadağa qoyub.
Az.rasthaber.com xəbər verir ki, yanvarın 23-ü cümə axşamı Suriyanın paytaxtı Dəməşqə ilk uçuşunu həyata keçirəcək Türk Hava Yolları (THY) rəsmi internet saytında sərnişinlər üçün xüsusi səyahət məlumatları dərc edib.
Buna uyğun olaraq Suriyaya gedən sərnişinlər üçün bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, İsrail və İran vətəndaşları istisna olmaqla, bütün ölkələrin vətəndaşları Suriyaya daxil ola biləcəklər.
Suriya vətəndaşlarından Suriya vətəndaşlığını təsdiq edən sənəd təqdim etmələri tələb olunacaq. Livan vətəndaşları əgər anası və ya atası Suriya vətəndaşıdırsa və ya başqa ölkədən yaşamaq icazəsi və ya vizası varsa ölkəyə daxil ola biləcək.
Digər tərəfdən, mətbuat mənsublarına da xüsusi icazə veriləcək.