"Həşdi Şabi" lideri Falih əl-Fəyyad İraqın müdafiə naziri Sabit Məhəmməd Səid əl-Abbasi ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, "Həşdi-Şabi" lideri Falih əl-Fəyyad dünən İraqın müdafiə naziri Sabit Məhəmməd Səid əl-Abbasi ilə görüşüb.
İraq mediasının məlumatına görə, Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib:
"Bu görüşdə ordu ilə Haşdi Şabi qüvvələri arasında terrorizm və gizli terror hüceyrələrinin məhv edilməsi üçün birgə əməkdaşlıq müzakirə edilib".
Qeyd edək ki, İraq ordusu və Həşdi-Şabi İŞİD qalıqlarının məhv edilməsi üçün müxtəlif bölgələrdə birgə əməliyyatlar keçirir.
İŞİD terror təşkilatı 2014-cü ildə İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.