"Hizbullah" batalyonlarının təhlükəsizlik rəsmisi Əbu Əli Əsgəri deyib
Rasthaber Azərbaycan "Eastnews.org"a istinadən verdiyi xəbərə görə, İraqın "Hizbullah" batalyonunun rəsmisi, "Həşd-Şabi" komandirlərindən birinin ABŞ ilə danışıqlar qrupunda olmasının vacibliyini vurğulayıb.
"Hizbullah" batalyonlarının təhlükəsizlik rəsmisi Əbu Əli Əsgəri verdiyi açıqlama zamanı bildirib ki, "Həşd-Şabi" komandirlərindən biri ABŞ qoşunlarının İraqdan çıxarılması ilə əlaqədar Amerika ilə danışıqlar qrupunda olmalıdır:
"Amerika komandası ilə danışıqlar qrupundakıların adlarını görəndə çox təəccübləndik, çünki bu komandanın üzvlərinin əksəriyyəti Amerikanın İraqda olmasının tərəfdarıdır. Bu qrupun üç üzvünün adlarını dəyişdirmək istəyirik. Kollektivə danışıqların təfərrüatlarını çatdırmaq üçün "Həşd-Şabi" komandiri, qəbilə xadimi və bir müşahidəçi üzvü olmalıdır".
Dünən İraq parlamentinin xarici əlaqələr komissiyası xarici işlər nazirliyi rəsmiləri ilə görüşərək ABŞ ilə danışıq qrupunun adlarını müzakirə edib.