"Hər kəs Fələstin xalqının yanında olmalı və xain rejimlərə qarşı durmalıdır"

Yəmənin Ənsarullah Hərəkatı bir bəyanat yayımlayaraq, sionist rejimin Məscidül-Əqsada namaz qılanlara qarşı vəhşicəsinə hücumlarına reaksiya verib.

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, Ənsarullah tərəfindən yayımlanan bəyanatda aşağıdakı ifadələr yer alıb:

"Biz İsrailin Fələstinli namaz qılanlara hücumlarını və Məscidül-Əqsaya qarşı hörmətsizliyini pisləyirik. Fələstin xalqını İsrail zülmünə göstərdiyi qəhrəmancasına cavabına görə alqışlayırıq.

İşğal olunmuş Fələstində baş verən hadisələr ərəb və islam xalqlarından Fələstin xalqının sabitliyini dəstəkləmək üçün ciddi addımlar atmağı tələb edir. 

Fələstində baş verən son hadisələr düşmənin vəhşicəsinə hücumlarına qarşı Fələstin xalqının yanında olmağı və xain rejimlərə qarşı durmağı zəruri edir".

Xəbəri paylaş

VİDEOLAR