"Hər dəfə Təl-Əviv bombalananda Süleymanini salamlayırıq"

Ərəb sosial media istifadəçiləri sionistlərin Qəzza və Aşura hücumlarına cavab verdilər; “Hər dəfə Təl-Əviv bombalananda şəhid Süleymanini salamlayırıq”

Az.rasthaber.com xəbər verir ki, həftənin əvvəlindən sionist rejimin Qəzzaya qarşı müharibəsi ilə bağlı həştəqlər bütün ərəb dünyasında trendə çevrilib.

Ərəb dünyasında trend olan “Süleymaniyə minnətdarıq” həştəqindən istifadə edən ərəb sosial media istifadəçisi “Şəhid Süleymanini hər dəfə Təl-Əviv bombalandıqda salamlayırıq", - deyə paylaşım edib.

Trend olan həştəqlərə misal olaraq “Qəzza müqavimət göstərir”, “Qəzza bombardman altında”, “Qəzza qalib gələcək”, “Fələstin Süleymaniyə təşəkkür edir”, “Sionist Rejimlə Normallaşmanın Nəticəsi”, “Sərəya əl-Qüds” (Qüds Briqadaları) və “İslam-ı Cihad” və.s kimi həştəqləri nümunə göstərmək olar.

Əlcəzairli bir sosial şəbəkə istifadəçisi yazıb: “Yaslı ailələr həmişə dərd içində olacaq, dağıdılan evlərin ürəyi yanacaq, göz yaşları dayanmayacaq, ana şəhid oğlunu gözləyəcək və onun şəhidliyinə inanmayacaq, həyat yoldaşını itirən xanım onun həmişə gerçəkləşməyəcək görüş vədini gözləyəcək”.

Başqa bir ərəb istifadəçi də eyni həştəqlərlə yazıb: “Biz hər dəfə Tel-Əviv bombalananda Qasim Süleymanini salamlayırıq”.

Digər bir ərəb istifadəçi isə yazıb: “Təşəkkürlər böyük Süleymani, sən olmasaydın müqavimət oxu bu gücə və qələbəyə çatmazdı”.

Aye Heydər adlı istifadəçi isə belə qeyd edib: “Fələstin Süleymaniyə təşəkkür edir” həştəqi ilə bu sözləri yazıb:  “Həm həyatda, həm də öləndən sonra Səndən qorxurlar”.

Rinad adlı iraqlı istifadəçi yazıb: “Biz müsəlmanları hörmətli etdiyinə görə böyük Süleymaniyə minnətdarıq”.

Xəbəri paylaş

VİDEOLAR