Əhmədinejad prezidentliyə namizəd oldu

Əhmədinejad prezidentliyə namizəd oldu

28 iyunda İranda keçiriləcək növbədənkənar prezident seçkilərində qeydiyatlar davam edir.

Rasthaber xəbər verir ki, İranın eks-prezidenti Mahmud Əhmədinejad da namizəd olub.

Digər maraqlı namizəd Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili olub.

O da namizəd kimi qeydiyyatdan keçib.

Namizəd kimi qeydiyyatdan keçən sabiq kənd təsərrüfatı naziri Sadiq Xəliliandır.

Tehran Universitetinin rektoru Seyid Məhəmməd Moqimi də namizədliyini irəli sürüb.

İndiyə kimi 17 nəfərin qeydiyyatdan keçidiyi bildirilir.

Tehran meri Alirez Zakani, İranın Parlamentinin sabiq sədri Əli Laricani, İranın Mərkəzi Bankının sabiq rəhbəri Abdolnaser Hemati, ölkənin ruhani liderinin İranın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, İranın İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Vahid Haqaniani və İran Parlamentinin fəaliyyətdə olan altı üzvü və beş sabiq üzvü onların arasındadır.

Xəbəri paylaş

VİDEOLAR