Əhməd Hüseyni: COVID-19 Azərbaycan-İran əməkdaşlığında bəzi problemlər yaradıb

Əhməd Hüseyni: COVID-19 Azərbaycan-İran əməkdaşlığında bəzi problemlər yaradıb

"Azərbaycan və İran arasında koronavirusun yayılması ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət prosesində bəzi problemlər yaranıb və pandemiyanın təsirinin azalması ilə vəziyyətin yaxşılaşacağına ümid edirik".

Az.rasthaber.com xəbər verir ki, bunu İranın Naxçıvandakı Baş Konsulu Əhməd Hüseyni ilə görüşdə Naxçıvan Muxtar Respublikası Gömrük Xidmətinin sədri Səhət Həbibbəyli deyib.

Ə. Hüseyni gömrük sahəsində İran şirkətləri və iş adamlarının yaşadığı problemləri gündəmə gətirib və onların həllinə çağırıb: “Bu görüşləri faydalı hesab edirik, bu sahədə məsləhətləşmələr davam etdirilməli və iki ölkənin rəsmiləri arasında qarşılıqlı əlaqələr artırılmalıdır. Biz istənilən vəziyyətdə əməkdaşlığa hazırıq”.

Xəbəri paylaş

VİDEOLAR