HƏMAS: Yəmənin PUA əməliyyatı İslam ümmətinin birliyinə vurğudur

HƏMAS: Yəmənin PUA əməliyyatı İslam ümmətinin birliyinə vurğudur

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Yəmənin Təl-Əvivə pilotsuz təyyarə hücumunu İslam ümmətinin birliyi və ortaq taleyinə vurğu kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS yaydığı bəyanatda bildirib: “Biz Yəmən Silahlı Qüvvələrinin sionist rejimin simvolu kimi Təl-Əviv şəhərini hədəfə alan və onu təhlükəli vəziyyətə salan unikal pilotsuz təyyarə əməliyyatını yüksək qiymətləndiririk.”


HƏMAS əlavə edib: “Ənsarullah hərəkatındakı və bütün müqavimət cəbhələrindəki qardaşlarımızın sionist rejimin mənafeyinə və dərinliyinə zərbə vurmaqda atdığı addımlar İslam ümməti və xalqlarının düşmənlə qarşıdurmada təbii haqqı və İslam ümmətinin birliyi və ortaq taleyinə vurğudur.”

Fələstin İslami Müqaviməti bildirib: “Fələstin xalqını bütün imkan və qüvvələrlə dəstəkləyən və onlara kömək edən Seyid Əbdülməlik əl-Husinin və əziz Yəmən xalqının mövqelərinə hörmətlə yanaşırıq.”

Xəbəri paylaş

VİDEOLAR