Həmas Hərəkatı Qəzza zolağında müharibənin yenidən başlaması nəticəsində yaranan günahsız qanlara görə Vaşinqtonu məsuliyyət daşıdığını və beynəlxalq ictimaiyyətin bu vəziyyətə reaksiya verməli olduğunu bəyan edib.
Az.rasthaber.com xəbər verir ki, Həmas bildirib ki, Vaşinqton Qəzza zolağında 16 aydan çox davam edən döyüşlərdən sonra münaqişə yenidən qızışdığından, burada günahsız insanların qanının tökülməsinə görə məsuliyyət daşıyır.
Həmas yazılı açıqlamada yeni başlayan iki günlük müharibədə ölənlərin sayının 1000 nəfəri keçdiyini açıqlayıb.
Bəyanatda "terrorçu Netanyahu hökumətinin humanitar adət və qanunlara əhəmiyyət vermədiyi və imzalanmış razılaşmalara məhəl qoymadığı" vurğulanaraq, Qəzza zolağında tökülən günahsız insanların qanına görə məsuliyyətin ABŞ rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Bəyanatda qeyd olunub ki, sionist İsrail bu son müharibə hərəkətində 200-ə yaxın uşaq və 100 qadını öldürüb.
Bəyanatda sionist İsrailin “ayri-seçkilik etmədən hücum və bombardmanlar, silahsız mülki əhalinin hədəfə alınması, blokada və aclıq” kimi əməllərinin müharibə cinayətləri olduğuna diqqət çəkilərək, bəşəriyyətin aylarla səssiz qaldıqdan sonra bu vəziyyətə qarşı öz sifətinin ləyaqətini qorumaq üçün təcili addım atmalı olduğu vurğulanıb.
HƏMAS-ın bəyanatında Misir və Qətəri “bu qəddar hücuma görə məsuliyyət daşımağa” çağırıb.
Həmas həmçinin İslam ölkələri və ərəb dünyasını təcili tədbirlər görməyə çağırıb.