Həmas və İslami Cihaddan İsrailə qarşı SƏFƏRBƏRLİK ÇAĞIRIŞI

Həmas və İslami Cihaddan İsrailə qarşı SƏFƏRBƏRLİK ÇAĞIRIŞI

Fələstin İslami Cihad Hərəkatı və HƏMAS bütün fələstinliləri hər vasitə ilə İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşmalarına qarşı çıxmağa və İsrailə qarşı mübarizə aparmağa çağırıb.

Az.rasthaber.com xəbər verir ki, İsrail əsgərlərinin 18 apreldən bəri İordan çayının qərb sahilinin şimalında Tulkerim və Nur Şəms Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqınlarda 7 fələstinlini şəhid etməsindən sonra Həmas və İslami Cihad öz Telegram hesablarından yazılı açıqlama verib.

HƏMAS bəyanatında bütün vasitələrdən istifadə edərək İordan çayının qərb sahilində və Qüdsdə İsrail qüvvələri ilə qarşıdurma, eskalasiya və ümumi səfərbərliyə çağırıb.

Açıqlamada Nur Şəms Qaçqınlar Düşərgəsində İsrail əsgərlərinə müqavimət göstərən fələstinlilərin çoxlu şəhid verdiyi qeyd edilib.

Bildirilib ki, Fələstin xalqı İsrailin İordan çayının qərb sahilini, Qəzzanı, Qüdsü və ya vətənin hər hansı digər hissəsini ələ keçirməyə cəhd etməsinə icazə verməyəcək və onların hüquqlarını qəsb etmək planlarına müqavimət göstərəcək.

İslami Cihad öz bəyanatında Fələstin xalqını sionistlərin öz vətənlərindəki planlarını puça çıxarmağa və İsrail əsgərləri və yəhudi mühacirlər ilə münaqişəyə girməyə çağırıb.

Bəyanatda həmçinin ərəb dünyası və beynəlxalq ictimaiyyətin İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törədilən cinayətlərə qarşı susması pislənib.

Xəbəri paylaş

VİDEOLAR