HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları üç israilli girovu azad edəcəyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda deyilir: “Əsir mübadiləsi razılaşması çərçivəsində Əl-Qəssam Briqadaları sionist məhbuslar Ərbel Yehud, Agam Berger və Gadi Mosesin cümə axşamı günü azadlığa buraxılması barədə qərar qəbul edib.
Qəzza zolağında münaqişə tərəfləri olan İsrail və HƏMAS yanvarın 19-da Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər.
42 günlük atəşkəsin birinci mərhələsinə 1000-ə yaxın fələstinli məhbus müqabilində 33 israilli girovun azad edilməsi, İsrail Müdafiə Qüvvələri ordusunun Qəzza zolağının sərhədlərinə çəkilməsi, lakin hələlik bu sərhədlər daxilində qalması və fələstinlilərə 200 min çadır və 60 min mobil evin paylanması daxildir.