HƏMAS Trampın cavabını verdi: Təhdid dilinin dəyəri yoxdur

HƏMAS Trampın cavabını verdi: Təhdid dilinin dəyəri yoxdur

HƏMAS liderlərindən olan Sami Əbu Zəhri ABŞ prezidenti Donald Trampın “şənbə günü günortaya qədər bütün sionist əsirlər azad edilməlidir”, təhdidinə reaksiya verərək vurğulayıb: “Təhdid dilinin heç bir dəyəri yoxdur.”

Az.rasthaber.com xəbər verir ki, Sami Əbu Zəhri çərşənbə axşamı Reuters-ə verdiyi müsahibədə deyib: “Təhdid dilinin heç bir dəyəri yoxdur və işlərin mürəkkəbliyini artırır.”

O, əlavə edib: “Tramp yadda saxlamalıdır ki, razılaşma var və hər iki tərəf ona hörmət etməlidir və bu, əsirlərin geri qayıtmasının yeganə yoludur.”

Bundan əvvəl ABŞ prezidenti təhdidlərinə davam edərək demişdi: “Şənbə günü günorta 12-yə qədər bütün girovlar (sionist əsirlər) azad edilməsə, cəhənnəmin qapıları açılacaq. Çünki İsrailin bu məsələnin öhdəsindən gələcəyinə əminəm.”

Xəbəri paylaş

VİDEOLAR