HƏMAS-ın sözçüsü Qəzzə zolağına qarşı hərbi təcavüzü bərpa etmək üçün sionist rejim və ABŞ arasında əvvəlki koordinasiyaya işarə edərək, vurğulayıb ki, bu, Amerikanın Fələstin xalqına qarşı cinayətlərdə iştirakını sübut edir.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS sözçüsü Əbdül Lətif əl-Qanua çərşənbə axşamı bununla bağlı deyib: “Cinayətkar işğalçı rejim ABŞ-ın qabaqcadan razılığı ilə soyqırım müharibəsini yenidən başladı, xalqımıza qarşı onlarla qətliam törətdi.”
Əl-Qanua vurğulayıb: “Sionist rejimin ABŞ hökuməti ilə əvvəlki koordinasiyası bu ölkənin xalqımıza qarşı soyqırım müharibəsində şərikliyini və sionist rejimin hərbi cinayətlərini ört-basdır etməyə çalışdığını sübut edir.”
HƏMAS sözçüsü əlavə edib: “Sionist rejimin b naziri Benyamin Netanyahu Qəzzədə atəşkəs razılaşmasını pozdu, daxili böhranını ixrac etmək və yeni danışıqlar şərtləri tətbiq etmək üçün bölgəyə qarşı müharibəni bərpa etmək qərarına gəldi.”