7.09.2021 14:43:52
HƏMAS fələstinli əsirlərin qaçışını cəsarət və qəhrəmanlıq adlandırıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı - HƏMAS 6 fələstinli əsirin, 1948-də işğal edilmiş bölgənin cənubundakı Gilboa həbsxanasından tunel qazaraq qaçmaları olayı ilə bağlı açıqlama yayıb.
HƏMAS fələstinli əsirlərin qaçışını cəsarət və qəhrəmanlıq adlandırıb.
"İsrail rejiminin təhlükəsizlik təşkilatının bütün əngəllərinə qalib gələrək, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq qaçmağı bacaran fələstinli əsirlər öz güclərinə azadlıqlarını qazanmaları cəsarət və qəhrəmanlıqdır. Bu qəhrəman əsirlərin iradə və qərarlıqlarının zəfəridir.", -deyə HƏMAS-ın açıqlamasında deyilir.