HƏMAS bəyanat yayaraq, sionist rejimin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri şəhid İsmayıl Həniyyəyə qarşı terror əməliyyatının təfərrüatları ilə bağlı iddialarını təkzib edib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın bəyanatında bildirilir: “Sionist rejimin şəhid Həniyyənin Tehrandakı rəsmi iqamətgahında bombadan istifadə edilərək terror edilməsi iddiası tamamilə əsassızdır.
HƏMAS və İran İslam Respublikasının təhlükəsizlik orqanlarının birgə araşdırması bunu göstərib ki, bu əməliyyat şəhid Həniyyənin mobil telefonunu birbaşa hədəfə alan 7,5 kq ağırlığında idarə olunan raketin atılması ilə həyata keçirilib.”
HƏMAS vurğulayıb: “Bu iddialar sionist rejimin İran İslam Respublikasının suverenliyini pozaraq onun rəsmi qurumlarından birini hədəfə alan açıq-aşkar cinayətindən ictimai rəyi yayındırmaq üçün nəticəsiz cəhddir.”