HƏMAS: Sionist miqrantların cinayətləri cəzasız qalmayacaq

HƏMAS: Sionist miqrantların cinayətləri cəzasız qalmayacaq

Qeyri-qanuni sionist miqrantların Qərb sahili və Fələstinin digər bölgələrindəki cinayətləri cəzasız qalmayacaq.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, bu barədə Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyan edib.

Qeyd edilib ki, işğalçı İsrail rejiminə qarşı hərtərəfli, o cümlədən də silahlı mübarizə davam etdiriləcək.

Müqavimət bizim müqəddəsatımızı təhqir edən, adi vətətndaşların evlərinə hücum edən və hətta şəhərlərimizin küçələrində qadınlara belə hücum edən bu cinayətkar dəstələri torpaqlarımızdan çıxarıb atacaq. Onlar törətdikləri cinayətlərə görə hesab ödəyəcəklər”, - deyə bildirilib.

Əlavə edilib ki, həmin cinayətkar qüvvələrlə mübarizə Fələstin qüvvələrinin gündəlik proqramında olmalıdır.

Xəbəri paylaş

VİDEOLAR