HƏMAS: Şəhidlərin qanı düşmənin ayaqları altında alova çevriləcək

HƏMAS: Şəhidlərin qanı düşmənin ayaqları altında alova çevriləcək

Şəhidlərin qanı, zindanlardakı əsirlərin çəkdiyi əzab-əziyyətlər və Fələstin xalqının verdiyi qurbanlar "düşmənin ayaqları altında alova" çevriləcək.

Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, bu barədə Fələstin İslami Müqavimət Hərəkatından (HƏMAS) bəyan edilib.

Qeyd edilib ki, ötən gün İsrail rejimi qüvvələri tərəfindən İordan çayının Qərb sahilindəki Nəbi Saleh qəsəbəsində qətlə yetirilən Nihad Əmin əl-Bərqutinin şəhadəti ilə bağlı başsağlığı verib.

"Bizim xalqımız əvvəlkitək müqavimət və düşmənlə mübarizə vədinə sadiqdir. Nə həbslər, nə təhdidlər, nə dağıntılar, nə də sürgünlər xalqımızı dayandırmayacaq", - deyə bildirilib.

HƏMAS Fələstin xalqını düşmənin və qeyri-qanuni yəhudi miqrantlarının qarşısını almaq üçün bütün növ müqavimətləri tezlikləri aktivləşdirməyə çağırıb.

"Bizim şəhidlərə vədimiz - işğalçılar qovulanadək və azadlıq əldə edənək Cihadı davam etdirməkdir", - deyə əlavə edilib.

Xatırladaq ki, fəal mübariz olmuş əl-Bərquti bir neçə dəfə İsrail rejimi tərəfindən həbs edilib. O, ilk dəfə 17 yaşında ikən həbs edilmişdi.

Xəbəri paylaş

VİDEOLAR