HƏMAS: Real razılaşma olmadan İsrailli məhbusları təhvil verməyəcəyik

HƏMAS: Real razılaşma olmadan İsrailli məhbusları təhvil verməyəcəyik

HƏMAS Hərəkatının Siyasi Büro üzvü və İordan çayının qərb sahili zabiti Zahir Cebbarin real razılaşma olmadan tutduqları israilli məhbusları heç vaxt təhvil verməyəcəklərini açıqlayıb. O, Netanyahunun siyasi oyunlarına reaksiya verib.

Az.rasthaber.com xəbər verir ki, Cebbarin HƏMAS Hərəkatının Telegram səhifəsində dərc etdiyi açıqlamada, İordan çayının qərb sahili və işğal altındakı Qüdsün Əqsa tufanı əməliyyatının mərkəzində olduğunu bildirib və işğal altındakı İordan çayının qərb sahilindəki müqavimət qüvvələrini zalım işğalçıların yuvalarını vurmağa çağırıb. 

Cebbarin HƏMAS-ın öz cavabını vasitəçilərə çatdırdığını və əsirlərin əsl razılaşma olmadan heç vaxt işğalçılara təhvil verilməyəcəyini vurğulayıb.

"İşğalçılar əsirlərinin taleyini öyrənmək və sağ qalanları geri almaq istəyirlərsə, danışıqlarda ciddi olmalıdırlar", - deyən Cəbbarin bildirib ki, sionist rejimin baş naziri Benyamin Netanyahunun danışıqları pozan oyunlarından və siyasi hesablamalarından uzaq durmalıdırlar.

Xəbəri paylaş

VİDEOLAR