Fələstinin "HƏMAS" hərəkatı münaqişənin həlli ilə bağlı Qəzza zolağına xarici qüvvələrin daxil edilməsini nəzərdə tutan təklifləri dəstəkləmir.
Hərəkat Qəzzanın idarə olunması məsələsinin yalnız fələstinlilərə aid olduğunu vurğulayıb. "Fələstin xalqı hamiliyi və ya münaqişənin həlli yollarının kənardan tətbiq edilməsini qəbul etməyəcək", - deyə bildirilib.
Fələstinin hərbiləşdirilmiş “Xalq Müqavimət Komitələri” koalisiyası öz növbəsində Qəzzada xarici qüvvələrin yerləşdirilməsi cəhdini təcavüz kimi qiymətləndirdiyini və onlara işğalçı qüvvələr kimi yanaşacağını bildirib.