HƏMAS Siyasi Bürosunun üzvü İzzat Ər-Rişk bildirib ki, sionist İsrailin oktyabrın 7-dən bəri hücumlar həyata keçirdiyi Qəzza zolağında qeyri-fələstinli qüvvələrin olmasını istəmirlər.
Az.rasthaber.com xəbər verir ki, Rişk HƏMAS-ın Sosial Media Hesabından verdiyi açıqlamada Qəzzada atəşkəsin əldə olunacağı və humanitar yardıma icazə veriləcəyi təqdirdə Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələrinin bölgəyə yerləşdiriləcəyi ilə bağlı mətbuatda çıxan xəbərləri dəyərləndirib.
Sözügedən xəbərin “əsassız” və “anonim mənbələrə əsaslandığını” ifadə edən Rişk, HƏMAS-ın yalnız Qəzzadakı beynəlxalq yardım təşkilatlarının, xüsusilə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatının (Unrwa) fəaliyyətini təsdiqlədiyini ifadə edib.
Rişk deyib:
"Atəşkəslə bağlı razılıq əldə olunarsa, razılaşmanın təminatçısı olacaq və müşahidəçi elementlərin deyil, işğalçının (İsrailin) ona sadiq qalmasına zəmanət verən dövlətlər olmalıdır. Xalqımız Öz Torpaqlarında Qeyri-Fələstinli Qüvvələrin mövcudluğunu rədd edir.".