HƏMAS Qəzzada sionist İsraillə əldə edilmiş atəşkəs və girovların dəyişdirilməsi razılaşmasını icra etməyə davam edəcəklərini açıqlayıb. Atəşkəs razılaşmasının dayandırılmasından sonra tərəflər arasında gərginliyin artması fonunda ABŞ prezidenti Donald Tramp məsələyə müdaxilə edərək, girovları azad etmək üçün 15 fevral şənbə günü saat 12:00-a qədər Həmas-a vaxt verib.
Az.rasthaber.com xəbər verir ki, Həmas, vasitəçi ölkələrin atəşkəs razılaşması ilə bağlı soyqırım İsrailin maneələrini aradan qaldırmağı öhdəsinə götürdükdən sonra girovların dəyişdirilməsi də daxil olmaqla, imzalanmış müqaviləni icra etməyə davam edəcəyini açıqlayıb.
HƏMAS verdiyi açıqlamada, girov mübadiləsini cədvələ uyğun və atəşkəs razılaşmasına uyğun olaraq həyata keçirməyə davam edəcəklərini bildirib.
Sionist İsrail Baş Nazirlik İdarəsindən verilən açıqlamada atəşkəs və girovların dəyişdirilməsi razılaşması böhranı ilə bağlı razılığın əldə olunmadığı açıqlanıb. Bəyanatda həmçinin Misir yerli mətbuatının atəşkəslə bağlı böhranın həll olunduğuna dair iddiaları da təkzib edilib.
Qatil İsrailin maliyyə naziri Bezalel Smotrich deyib ki, İsrail "bütün gücü ilə müharibəyə qayıdacaq və Qəzzanı işğal edəcək".
İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də baş tutması gözlənilən əsir mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbiylə dayandırıldığını açıqlamışdı.