Fələstin İslam Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü Husam Bədran bildirib ki, əgər İsrail rejimi Qəzza sektorunun blokadadan çıxarılmasına mane olarsa, Müqavimət buna çox səbir etməyəcək.
Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, o deyib ki, yaxın günlərdə hər kəsə sübut edəcəklər ki, HƏMAS öz xalqını pis vəziyyətdə qoymayacaq.
"Qüdsün qılıncı hələ də sıyrılmış vəziyyətdədir", - deyə Bədran qeyd edib.
Onun sözlərinə görə, İsral rejiminin Qəzzaya dair son razılıqlardan boyun qaçırmaqla bağlı bütün cəhdləri işə yaramayacaq və o əlavə edib ki, HƏMAS müsadirənin zəiflədilməsi üçün Qahirə və bir sıra digər vasitəçilərlə daimi kontaktdadır.
"Lakin Müqavimətin vasitəçilərlə əlaqələri hər hansı bir gözəçarpan irəliləyişə gətirib çıxarmayıb, xüsusilə də evlərin, binaların və tikililərin bərpası planında", - deyə o əlavə edib.
Bədran bildirib ki, HƏMAS sionist rejiminin Qəzzadakı humanitar böhranın həlli və ya əsirlərin mübadiləsi üzrə sazişin imzalanması ilə bağlı istənilən ilkin şərtlərini rədd edir.