HƏMAS-ın xarici ofisinin rəhbərli Xalid Məşəl bəyan edib ki, Fələstin təkcə onun xalqının vətəni deyil, həm də bütün ərəb və müsəlman ümmətinin və azad insanların vətənidir.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbrə verir ki, o əlavə edib ki, Qüds şəhəri və əl-Əqsa məscidi işğalçı rejimlə mübarizənin əsas hərəkətverici qüvvəsi olaraq qalmağa davam edəcək.
“Daxili problem və qayğılara baxmayaraq, Qüds və əl-Əqsa ümmətin xatirindədir. Yaralar bizi simvolumuzdan, vicdandan və vəhdətin təminatçısından üz çöndərməyə məcbur edə bilmədi. Başqa kimin Qüds kimi simvolu var? O, bizim ümumi qayğımız, şərəfimiz, ruhiyyəmiz, ilk qibləmiz və hz. Məhəmməd Peyğəmbərin (s) merac etdiyi yerdir”, - deyə Fələstin İslami Müqavimət Hərəkatının rəsmisi bildirib.