HƏMAS: Pompeonun bəyanatı açıq-aşkar kobudluqdur

HƏMAS: Pompeonun bəyanatı açıq-aşkar kobudluqdur

Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, HƏMAS-ın mətbuat katibi Hazem Qasim ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeonun İsrail rejiminə dəstək xarakterli sözlərini "açıq-aşkar kobudluq" adlandırıb.

Xatırladaq ki, Pompeo Fələstin torpaqların salınan yəhudi yaşayış məntəqələrinin qeyri-qanuni olmadığını iddia edib.

"Pompeo (yəhudi) qəsəbələrin(in) guya ki, işğal edilmiş ərazilərin olmadığını bəyan edərək inadla həqiqəti təhrif etməyə çalışır", - deyə Qasim bildirib.

"Onun sözləri Knessetdəki normallaşma tədbirində səsləndirilib və bu, İsrail ilə normallaşmanın sionist planlarının yayılmasına səbəb olduğunu növbəti dəfə sübut edir", - deyə HƏMAS rəsmisi əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR