Həmas hərəkatı İordan çayının qərb sahilində sionist rejimlə mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayaraq, “Nablus şəhidlərinin qanının qisasını alacağıq” deyə bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın sözçüsü Əbdüllətif əl-Qanu sionist qüvvələrlə silahlı qarşıdurmada üç fələstinli gəncin şəhid olması ilə bağlı başsağlığı verib.
Əbdüllətif əl-Qanu deyib:
"Müqavimət qəhrəmanlarının şəhadəti əməliyyatlarımızı dayandırmayacaq, Fələstin müqaviməti terror cinayətlərinə qətiyyətlə cavab verəcək və şəhidlərin qanının qisasını alacaq.
Sionist rejimin Nablusda müqavimət qəhrəmanını şəhid etməklə törətdiyi bu cinayət və qətl işğalçıların və onların faşist kabinetinin qara dəftərinə əlavə olunacaq və bu rejim öz cinayət və qətllərinin əvəzini ödəyəcək”.
HƏMAS hərəkatının sözçüsü bütün Fələstin xalqını, inqilabçı gəncləri, müqavimət qəhrəmanlarını və İordan çayının qərb sahilindəki bütün hərbi təşkilatları sionist düşmənə qarşı mübarizəni davam etdirməyə və şəhidlərin qanının qisasını almağa çağırıb.
Qeyd edək ki, işğalçı sionist qüvvələr bu gün səhər Nablusda bir evə basqın edərək 3 Fələstin vətəndaşını qətlə yetiriblər.
Fələstin Səhiyyə Nazirliyi verdiyi açıqlamada bildirilib:
"İndiyə qədər bugünkü Nablus şəhidlərindən ikisinin cənazəsini aldıq".
Bu gün Nablusda şəhid olanların adlarının Həsən Katnani, Muaz əl-Məsri və İbrahim Cabr olduğu açıqlanıb.
Fələstin Qırmızı Aypara Cəmiyyəti sionistlərin Nablus hücumunda çoxu tələbə olmaqla 152 nəfərin boğulmaq təhlükəsi ilə üz-üzə qaldığını bildirib.