Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Malayziyanın XİN başçısı Seyfəddin Abdullaya təşəkkür edib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, buna səbəb isə malayziyalı nazirin İsrail KİV-lərində yayılan iddianı – Malayziyanın İsraillə münasibətləri normallaşdırma prosesinə qoşulmaq istəməsini təkzib etməsidir.
HƏMAS Malayziyanın Fələstin xalqının azadlıq və müstəqilliyin əldə edilməsinə yönəlmiş ədalətli mübarizəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Hərəkat həmçinin Malayziya rəhbərliyi və onun xalqına da buna görə öz təşəkkürünü ifadə edib.