Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) mətbuat katibi Əbdül-Lətif Kanu Mahmum Abbas hökumətinin Ramallahda İsrail nümayəndə heyəti ilə görüşünü pisləyib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, o deyib ki, Fələstin xalqı üçün faydasız olan bu cür görüşlər Mahmud Abbas hökumətinin “əxlaqi və milli cəhətdən çürüməsinin” göstəricisidir.
Kanu qeyd edib ki, Mahmud Abbas hökuməti İsrailin fələstinlilərə qarşı təcavüz, cinayətlər və qətllərinin davam etməsinin və Fələstin xalqının hər bir kəsimi tərəfindən dəstəklənən qəhrəman-dustaqların aclıq aksiyasının fonunda İsrail ilə normallaşma siyasəti yürüdür.
“Bu cür görüşlər Fələstin xalqını təmsil etmir. Əksinə, bu, İsrailin qurbanlarına çevrilmiş insanlara və İsrailin tutduğu məhbusların çəkdiyi əziyyətlərə xəyanətdir”, - deyə HƏMAS rəsmisi əlavə edib.
Xatırladaq ki, Mahmud Abbasın başçılıq etdiyi hökumət çərşənbə günü İsrail nümayəndə heyəti ilə görüş keçirib.