HƏMAS: Əlimizdəki daşlar artıq raketlərə çevrilib

HƏMAS: Əlimizdəki daşlar artıq raketlərə çevrilib

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü Mahmud əz-Zahar bəyan edib ki, İsrail rejiminə qarşı mübarizə bütün mümkün vasitələrlə davam etdiriləcək və bu, işğalçı rejim Fələstindən tam qovulanadək davam edəcək.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, o deyib ki, HƏMAS Fələstinin azadlığı uğrunda döyüşə hazırlaşır və bunun uğrunda fədakarlığa hazırdır.

Əz-Zahar əlavə edib ki, Hərəkat bu istiqamətdə hər gün təlimlər keçirir, hazırlıqlar görür.

O bildirib ki, HƏMAS-ın “əlindəki daşlar raketlərə çevrilib”.

Fələstinlilər isbat edirlər ki, doğma torpaqlarının bir qarışından belə imtina etməyəcəklər, çünki o, İslam doktrinasının elementidir və Müqəddəs torpaqdır”, - deyə o əlavə edib.

Əz-Zahar sonda qeyd edi ki, HƏMAS və Müqavimətin məqsədi bütün Fələstin azad edilməsidir, məhdud ərazidə məhdud dövlətin yaradılması problemin həlli yolu deyil.

Xəbəri paylaş

VİDEOLAR