HƏMAS-ın siyasi işlər müdiri İsmayıl Haniyə Ayətullah Xameneiyə başsağlığı mesajı göndərib
Rasthaber Azərbaycan xəbər verir ki, HƏMAS-ın siyasi işlər müdiri İsmayıl Haniyə İslam İnqilabı rəhbəri Ayətullah Xameneiyə Qüds Gücləri komandanının müavini General Hicazinin vəfatı münasibətilə başsağlığı mesajı göndərib.
Haniyə bu xəbərdən sarsıldığını bildirərək, general Hicazinin vəfatı münasibətilə Ayətullah Xameneiyə, İran xalqı və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verdiyini açıqlayıb.
HƏMAS lideri General Hicazinin Fələstinlilərə dəstəyini xatırladaraq, fələstinlilərin bu yardım və dəstəyi unutmayacaqlarını qeyd edib.