HƏMAS lideri ərəb ölkələrinə müraciət edib

HƏMAS lideri ərəb ölkələrinə müraciət edib

HƏMAS lideri bu müraciətlə 40-dan artıq ölkəyə məktub yollayıb.

Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, HƏMAS müqavimət hərəkatının lideri İsmail Haniyə İsrail rejiminin İordan çayının qərb sahilindəki əraziləri işğal etməməsi üçün təcili tədbirlər görməsinə dair çağırış edib.  

Məlumata əsasən, HƏMAS lideri bu müraciətlə 40-dan artıq ölkəyə məktub yollayıb.  

Xüsusilə, Haniyə Fələstin Muxtariyyətinin mövqeyini birgə dəstəkləməsini və ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanan “sülh” planına qarşı çıxmaq üçün “Ərəb zirvəsi”nin çağırılmasını istəyib.  

O, "fələstinlilərə öz hüquqlarının reallaşdırılması uğrunda mübarizədə siyasi və iqtisadi müdafiəni təmin etmələrini" xahiş edib.  

Bundan əlavə HƏMAS lideri İsrail rejiminin Fələstini işğal etmək üçün ərəb ölkələri ilə münasibətləri normallaşdırmağa kömək etməkdə ittiham edib.

Bununla əlaqədar Haniyə, prosesi "bağışlanmayacaq böyük bir səhv" adlandıraraq, düşmən ilə normallaşmanı istisna etməyi tələb edib.

Xəbəri paylaş

VİDEOLAR