Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun sədri İsmayıl Haniyyə İraq Baş naziri Mustafa əl-Kazımiyə möhkəm can sağlığı və uzun ömür arzulayıb.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, o, bu sözləri telefon danışığı zamanı deyib.
Xatırladaq ki, bir neçə gün öncə əl-Kazımiyə qarşı sui-qəsd cəhdi törədilib.
HƏMAS lideri İraq dövlətinə sabitlik, təhlükəsizlik və birlik arzu edib.
“İraq hər zaman Fələstin xalqının dostu olub və əvvəlki kimi Fələstin məsələsində strateji əhəmiyyətə sahibdir. İraq bütün məzlum xalqlar, o cümlədən də Fələstin xalqı üçün İlahi ədalətin dayanıqlı müdafiə qalxanıdır”, - deyə o qeyd edib.
İraq Baş naziri də, öz növbəsində, Haniyyəyə öz təşəkkürünü bildirib.
Fələstin daxilində vəhdətin əldə edilməsinin vacibliyini vurğulayan əl-Kazımi məzlum fələstinlilərin düşmənlərin bütün planları və təhdidləri üzərində qələbə qazanacağına ümidini ifadə edib.