Həmas lideri İrana səfər edəcək

Həmas lideri İrana səfər edəcək

Bildirilib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yüksək rütbəli rəsmiləri ilə görüşmək üçün bu gün Tehrana səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, Haniyə bu gün Tehrana səfəri zamanı xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşəcək. Həmas liderinin Tehranda bəzi İran rəsmiləri ilə də görüşü gözlənilir.

Bu, Əqsa daşqını əməliyyatının başladığı tarixdən, oktyabrın 7-dən sonra İsmayıl Haniyənin İrana ikinci səfəri olacaq.

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei 2023-cü ilin noyabrında Tehrana səfər edən Həmas Siyasi Bürosunun sədri İsmayıl Həniyə ilə görüşüb.

Görüşdə Ayətullah Xamenei Haniyədən İsrailin hücumları və Qəzzada baş verən hadisələrlə bağlı məlumat alıb və qeyd edib ki, İslam ölkələri və beynəlxalq ictimaiyyət Qəzza xalqına daha güclü dəstək olmalıdır.

Ayətullah Xamenei Qəzzə xalqının İsrailin hücumlarına qarşı mövqeyini yüksək qiymətləndirib və vurğulayıb ki, İslam ölkələri Qəzzalılara hər cür dəstək olmalıdır.

Xəbəri paylaş

VİDEOLAR