Tehrana səfər edən Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) "Ramazan ayında dərhal atəşkəs tələb edən" qətnamə layihəsini təsdiqlədikdən sonra HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə Tehrana gedib.
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan tərəfindən rəsmi mərasimlə qarşılanan Haniyə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei və prezident İbrahim Rəisi ilə də görüşüb.