HƏMAS lideri Haniyədən "atəşkəs"lə bağlı AÇIQLAMA

HƏMAS lideri Haniyədən

HƏMAS lideri İsmayıl Haniyə İsraillə atəşkəs razılaşmasına 'gəlməyə yaxın olduqlarını' və cavablarını bu məsələdə vasitəçilik edən Qətərə çatdırdıqlarını söylədi.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın Telegram hesabında hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin atəşkəslə bağlı verdiyi açıqlama yer alıb.

Haniyə deyib:

"Hərəkat Qətərdəki qardaşlarına və vasitəçilərinə cavab verdi. Atəşkəs razılaşması əldə etməyə yaxınıq".

Sionist İsrailin Fələstinə hücumları artıq heç bir sərhəd tanımır. Oktyabrın 7-dən bəri 2 milyondan çox dinc sakinin yaşadığı Qəzzanı bombalarla yerlə-yeksan edən İsrail xəstəxanaları, təcili yardım maşınlarını, məktəbləri, universitetləri, kilsələri, məscidləri, qaçqın düşərgələrini və hətta qəbiristanlıqları vurur.

Hücumlar nəticəsində itkilər günü-gündən ağırlaşır.

46-cı gündür İsrailin hücumlarına məruz qalan Qəzza zolağında çoxlu bina dağıdılıb, minlərlə fələstinli ailə evsiz qalıb.

Xəbəri paylaş

VİDEOLAR