Həmas-ın yüksək vəzifəli rəsmisi İsmayıl Rizvan açıqlama yayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki.Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın yüksək vəzifəli rəsmisi İsmayıl Rizvan, vurğulayıb ki, Qəzzanın bombalanması altı fələstinli əsirin azadlıq tuneli vasitəsilə Gilboa həbsxanasından qaçmasından sonra sionist rejimin çaş-baş qalmasının və məğlubiyyətini ört-basdır etmək cəhdinin göstəricisidir.
Həmas-ın yüksək vəzifəli rəsmisi İsmayıl Rizvan, sionist rejimin hücumları və təcavüzlərinin heç vaxt Fələstin xalqının təslim olmasına və qəhrəman fələstinli əsirlərlə həmrəyliyin dayandırılmasına səbəb olmayacaq.
İsmayıl Rizvan əsirlərə və Fələstin xalqına qarşı edilən hər bir axmaqlığın nəticələri və fəsadları ilə bağlı sionist düşmənin məsuliyyət daşıdığını və müqavimətin bir qala kimi öz xalqını müdafiə etməyə davam edəcəyini vurğulayıb.
Sionist rejim fələstinli əsirlərin qaçması nəticəsində yaranan rüsvayçılığın davamında bazar ertəsi günü Qəzzadan raketin atıldığını bəhanə edərək, bu zolağa hava zərbələri endirib.
Eyni zamanda bəzi məlumatlara görə, sionist rejimin PUA-ları Qəzzanın şimalında yerləşən Fələstin müqavimətinə bağlı bir bazanı hədəfə alıblar.
Sionist rejimin Qəzza zolağına yenidən hücumundan sonra Fələstinin müqavimət qüvvələri sionist rejimin PUA-larını və qırıcılarını zenit qurğuları ilə atəşə tutublar.