Fələstin islami müqavimət hərəkatı - HƏMAS dünən gecə sionist rejimə xəbərdarlıq edib. BƏyanatda deyilib ki, işğal olunmuş Qüdslə bağlı cinayətkarcasına hərəkətləri İsrialə baha başa gələcək.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, hərəkat rəsmisi Harun Nasirəddin deyib ki, İsrail rejimi ilə problemlərin həlli üçün heç bir seçimdən söz getmir.
"Fələstinin bütün işğal olunmuş əraziləri xalqımızındır və qəsbkarlar və sionist qəsəbə sakinləri bu bölgələrdən çıxmalıdırlar", - deyə qeyd edilib.
Xatırladaq ki, İsrail rejimi Qərb sahilində qeyri-qanuni qəsəbələrin tikintisini artırıb.
BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, rejimin qəsəbəsalma fəaliyyətləri qanunsuzdur. Bununla belə, İsrail rejimi fələstinlilərin mənzillərini dağıtmaq və yəhudi mühacirlərdən ibarət qəsəbələr salmaqla öz hegemonçuluğunu davam etdirir.