HƏMAS sionist İsraillə əsir mübadiləsinin beşinci turunda azad edilən fələstinli məhbusların Qəzzaya çatdıqdan sonra işgəncələrə məruz qaldıqlarını və sağlamlıq problemləri ilə üzləşdiklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS-a bağlı Məhbusların Media Ofisi verdiyi yazılı açıqlamada Qəzza zolağının cənubundakı Avropa Xəstəxanasına çatan məhbusların həbsxanada məruz qaldıqları işgəncələrdən əziyyət çəkdiyini və təcili tibbi yardım aldığını bildirib.
Onlarla fələstinli məhbusun Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Rəfah şəhərinin şərqindəki Kerem Əbu Səlim qapısından Qəzzaya gətirildiyi bildirilir.
Məhkumlar Xan Yunus şəhərindəki Avropa Xəstəxanasına köçürülüb.