HƏMAS: İsrail ABŞ-ın verdiyi dəstəklə Şifa xəstəxanasında soyqırım törədir

HƏMAS: İsrail ABŞ-ın verdiyi dəstəklə Şifa xəstəxanasında soyqırım törədir

HƏMAS "İsrail ABŞ-ın verdiyi yaşıl işıqla Şifa xəstəxanasında soyqırım törədir" başlıqlı yazılı açıqlama yayıb.

Az.rasthaber.com xəbər verir ki, açıqlamada sionist İsrailin Şifa xəstəxanasını tank və snayperlərlə hərbi kazarmaya çevirdiyi, insanların dərman almaq üçün xəstəxananın aptekinə getməsinə mane olduğu və dünyanın gözü qarşısında xəstəxanada soyqırım törətdiyi bildirilib.

Açıqlamada İsrailin Şifa xəstəxanasında həyata keçirdiyi “etnik təmizləmə” və qadın, uşaqlar və mülki şəxslərə qarşı törətdiyi cinayətlərə görə birbaşa ABŞ prezidenti Co Baydenin məsuliyyət daşıdığı vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR