HƏMAS: İranın köməyi olmadan bunlara nail ola bilməzdik

HƏMAS: İranın köməyi olmadan bunlara nail ola bilməzdik

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun üzvü Usamə Həmdan İranın Müqavimətin imkanlarının inkişafındakı rolu barərə danışıb.

Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, o deyib ki, əvvəl fələstinlilərin əlində yalnız daşlar var idi, indi isə onlar raketlərə sahibdirlər, əvvəl Fələstin zərbələr alaraq səbir etməli idisə, hazırda təşəbbüsü ələ alaraq düşmənə qarşı "Qüds Qılıncı" kimi əməliyyatlar həyata keçirir, əvvəl Fələstin özünümüdafiə mövqeyində idisə, indi artıq Fələstinin azad edilməsi istiqamətində işlər görür.

"İranın köməyi olmasa idi, bunlara nail ola bilməzdik", - deyə Həmdan əlavə edib.

"İsrail rejimi və ABŞ-ın bütün səylərinə baxmayaraq, onlar Fələstin xalqını İslam ümməti və regiondan təcrid etməyi bacarmadı. Bəli, təəssüf ki, bəzi elitalar təzyiqə tab gətirə bilmədi, lakin bizə dəstək verməyə davam edərək fələstinlilərin müqavimət cəbhəsində tək olmadığı bəyan etməyə davam edən qüvvələr də var", - deyə o bildirib və qeyd edib ki, bütün bunlar İsrailin planlarını puç edir.

"Allahın iradəsi ilə, bu faktor Fələstinin azad edilməsinin əsaslarından biri olacaq", - deyə o vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR