HƏMAS-ın rəhbər simalarından biri vəfat etdi

HƏMAS-ın rəhbər simalarından biri vəfat etdi

HƏMAS-ın rəmzi rəhbəri Vəsfi Kəbha 11 noyabr tarixində vəfat edib.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, onun 62 yaşı var idi.

Qeyd edilib ki, son həftələr onun sağlamlıq vəziyyəti çox pisləşmişdi, o, ağciyərlərin süni ventilyasiyası cihazına qoşulmuşdu.

Kəbha İsmayıl Haniyyənin başçılığı altındakı 10-cu hökumətdə Dustaqların İşi üzrə Nazirliyə rəhbərlik edirdi.

O, dəfələrlə İsrail rejimi tərəfindən hücumlara məruz qalıb: ona qarşı sui-qəsdlər törədilib. Kəbha 13 il İsrail zindanlarında dustaq olub.

Fələstinin İslami Müqavimət Hərəkatı (HƏMAS) bununla bağlı olaraq onun ailəsi, doğmaları və yaxınlarına başsağlığı verib.

Xəbəri paylaş

VİDEOLAR