HƏMAS: Heç bir təzyiqə boyun əyməyəcəyik

HƏMAS: Heç bir təzyiqə boyun əyməyəcəyik

HƏMAS-ın yüksək rütbəli rəsmisi Netanyahu rejiminin atəşkəs və əsir mübadiləsi danışıqlarını iflasa uğratdığını bildirib və vurğulayıb ki, Həmas hər hansı siyasi və ya hərbi təzyiqə təslim olmayacaq.

 

Digər tərəfdən HƏMAS sionist rejimin Qəzzə zolağının cənubundakı Rəfah şəhərinə hava hücumlarının intensivləşməsinə reaksiyasında bildirib ki, bu rejim Fələstin xalqına qarşı soyqırım müharibəsini davam etdirməkdə israrlıdır və Amerika ona dəstək verdiyi üçün bu cinayətlərə görə məsuliyyət daşıyır.
HƏMAS-ın bəyanatında deyilir: “İşğalçı rejim ordusu bir neçə gün Rəfəh şəhərində davam edən əməliyyat, işğal və “Əz-Zeytun” məhəlləsindəki cinayətlərlə eyni vaxtda Cəbəliyyədə hərbi əməliyyata başladığını elan edib və bu ərazidə yaşayan vətəndaşların oranı tərk etmələri barədə xəbərdarlıq edib. Bu hərəkət sionist terrorçu kabinetinin bombardman, qətl, köçkünlük və mülki strukturların davamlı şəkildə məhv edilməsi yolu ilə Qəzzə zolağında millətimizə qarşı soyqırım müharibəsini davam etdirməkdə israrının təsdiqidir”.

 

Xəbəri paylaş

VİDEOLAR