HƏMAS: Hədəfsiz bombardmanlar sionist əsirlərin həyatını təhlükəyə salır

HƏMAS: Hədəfsiz bombardmanlar sionist əsirlərin həyatını təhlükəyə salır

HƏMAS yaydığı bəyanatda sionist rejimin bombardmanlarının israilli əsirlərin həyatını təhlükəyə atmasına işarə edərək, Benyamin Netanyahunun müharibəyə əl atmasını razılaşmanı pozmaq və rejimin daxili təhlükəsizlik nazirinin şantajına boyun əyməsi ilə əlaqələndirib.

Az.rasthaber.com xəbər verir ki, İslami Müqavimət Hərəkatı HƏMAS bəyanatında bildirib: “Müharibəyə qayıtmaq Benyamin Netanyahunun razılaşmanı pozmaq və İtamar Ben-Quirin şantajına təslim olmaq üçün əvvəlcədən düşünülmüş qərarı idi.”

 

“Netanyahu razılaşmanın uğursuzluğuna görə tam məsuliyyət daşıyır, beynəlxalq ictimaiyyət və vasitəçilər ona müharibəni dayandırmaq və danışıqlar prosesini bərpa etmək üçün təzyiq göstərməlidirlər” - deyə, HƏMAS bəyan edib.

 

Bəyanatda qeyd olunur: “Müqavimət israilli əsirlərin həyatını xilas etmək üçün əlindən gələni edir, lakin sionist düşmənin məqsədsiz bombardmanları onların həyatını təhlükə altında qoyur.”

 

HƏMAS vurğulayıb: “Netanyahu əsirlərin ailələrinə yalan danışır ki, hərbi həll onları diri qaytara bilər. İşğalçılar hər dəfə öz əsirlərini hərbi güclə geri qaytarmağa çalışsalar da, yalnız onların cəsədlərini tabutlarda təhvil alıblar”.

Xəbəri paylaş

VİDEOLAR