HƏMAS hərəkatı Fələstindəki seçkilərin təxirə salınmasına etiraz edib
HƏMAS hərəkatı Mahmud Abbasın Fələstindəki seçkilərin təxirə salınması ilə bağlı açıqlamasına etiraz edib.
Rasthaber Azərbaycan xəbər verir k, HƏMAS hərəkatı bu qərarı əməkdaşlıq prosesləri (daxili), həmçinin milli razılaşmalara zərbə adlandırıb.
"Fəth və Fələstin Administrasiyasının seçkiləri keçirməmək və təxirə salmaq qərarına çox təəssüf etdik. Bu qərarın nəticələrinə Fəth və Fələstin Administrasiyası hazır olmalıdır.", -deyə hərəkatın açıqlamasında deyilir.