Bu barədə HƏMAS siyasi bürosu yazılı açıqlama ilə çıxış edib.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatının siyasi bürosu BMT İnsan Haqları Şurasının Məhəmməd Saleh əl-Xudari və oğlu Hani Məhəmməd əl-Xudari barəsində mövqeyini təqdirə layiq hesab edib.
Yazılı açıqlamada vurğulanıb ki, Səudiyyə Ərəbistanı hökumətinə tabe olan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs olunan HƏMAS üzvləri Məhəmməd Saleh əl-Xudari və oğlu Hani Məhəmməd əl-Xudari dərhal azad edilməlidirlər.
Bundan əlavə Səudiyyə Ərəbistanından beynəlxalq hüquqa riayət etməsi də tələb olunub.