HƏMAS-dan səfirliklərə "Məscidül-Əqsa" məktubu

HƏMAS-dan səfirliklərə

İslami Müqavimət Hərəkatı HƏMAS Fələstində fəaliyyət göstərən 50-yə yaxın səfirlik və beynəlxalq təşkilatlara məktublar göndərərək, işğal rejiminin Məscidül-Əqsa ilə bağlı planlarının təhlükəsi barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın göndərdiyi məktubda, nəyin bahasına olursa-olsun işğalçıların Məscidül-Əqsa ilə bağlı planlarını həyata keçirməsinə icazə verməyəcəkləri bildirilib.

İşğalçıların planlarının çox təhlükəli olduğunu və partlayışa səbəb ola biləcəyi barədə xəbərdarlıq edən Həmas, İslam ümməti ilə birlikdə Məscidül-Əqsanı müdafiə etməyə hazır olduqlarını bəyan edib.

Fələstin xalqına və onun müqəddəs yerlərinə qarşı hücumlar davam etdikcə işğalçıların sülh və əmin-amanlıq içində yaşaya bilməyəcəklərini bildirən Həmas beynəlxalq ictimaiyyət və təşkilatlardan işğalçıların planlarının qarşısını almağı xahiş edib.

Xəbəri paylaş

VİDEOLAR