Həmas-dan Qəzza xalqına dəstək olmaq çağırışı

Həmas-dan Qəzza xalqına dəstək olmaq çağırışı

Həmas işğal altındakı İordan çayının qərb sahilindəki fələstinliləri cümə günü səhər namazından sonra məscidlərə toplaşaraq İsrail tərəfindən soyqırıma məruz qalan Qəzza xalqına dəstək verməyə çağırıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail martın 18-də atəşkəs razılaşmasını pozaraq Qəzzaya hücumları bərpa etdikdən sonra Həmas lideri Mahmud Mərdavi yazılı bəyanatla İordan çayının qərb sahilində fələstinlilərə müraciət edib.

"İordan çayının qərb sahilindəki xalqımız Qəzzada soyqırımdan əziyyət çəkən insanlara sadiq olduqlarını bütün vasitə və üsullarla sübut edəcək" deyən Mərdavi fələstinliləri səhər namazı üçün məscidlərə toplaşmağa və "İsrailə Qəzzanın ağrılarının ağrıları, qələbəsinin onların qələbəsi olduğu mesajını verməyə və Qəzzaya dəstək olmaq üçün səylərini əsirgəməyəcəklərini" söyləməyə çağırıb.

Mərdavi bildirib ki, sionist İsrailin Fələstin məsələsini ləğv etmək və onları öz torpaqlarından çıxarmaq kimi təhlükəli planları bütün fələstinliləri narahat edir və bu planlara kollektiv şəkildə müqavimət göstərmək lazımdır.

Xəbəri paylaş

VİDEOLAR