HƏMAS-dan Pakistana başsağlığı mesajı - SƏBƏB

HƏMAS-dan Pakistana başsağlığı mesajı - SƏBƏB

Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri İsmayıl Haniyyə məşhur fizik-nüvəçi Əbdül Qadir Xanın vəfatı ilə bağlı Pakistan prezidenti və baş naziri Arif Alvi və İmran Xana başsağlığı verib.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, Haniyyə qeyd edib ki, HƏMAS pakistanlı alimin dünyadan köçməsi xəbərini böyük hüzn və kədərlə qarşılayıb, onun ruhu üçün dualar edilib.

O, bununla bağlı olaraq Pakistan rəhbərliyi və xalqına, həmçinin alimin ailəsinə başsağlığı verib.

Haniyyə Əbdül Qadir Xanın elmi nailiyyətlərini yüksək qiymətləndirib və bunların Pakistan və ümmət üçün olan əhəmiyyətini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR