HƏMAS-dan İsrailin Suriyaya hava hücumuna reaksiya

HƏMAS-dan İsrailin Suriyaya hava hücumuna reaksiya

İslami Müqavimət Hərəkatı (HƏMAS), İsrail qüvvələrinin dünən Suriya ərazisinə edilən və bəzilərinin həlak olması, digərlərinin isə yaralanması ilə nəticələnən hava hücumunu pisləyib.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, Hərəkatın sözçüsü Cihad Taha mətbuata açıqlamasında vurğulayıb ki, bu hücumlar bir daha sionist işğalçı rejimin həm Fələstin xalqı və torpaqları üçün, həm də bütün ümmət üçün necə bir təhlükə və cinayət təşkilatı olduğunu sübut edir.

Qeyd edək ki, İsrail qüvvələrinin Suriyanın mərkəzi hissəsində yerləşən Həma şəhərinin çölündə Masyaf şəhəri ətrafında bir neçə nöqtəyə təşkil etdiyi hücumlarda ilkin təsbitlərə görə 2 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR