Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) xarici bürosunun rəhbər müavini Musa Əbu Mərzuk İsrail rejimi parlamentinin ərəb partiyalarına müraciət məktubu göndərib.
Az.rasthaber.com bu barədə “palinfo”-ya istinadən xəbər verir.
“Knesstin ərəb komponentləri işğal büdcəsini rədd etməlidir, çünki həmin büdcə bizim torpaqlarımızın müsadirəsini, (qeyri-qanuni yəhudi) qəsəbələrinin inşasını və Qəzzanın blokadası davam etdirəcək”, - deyə o bildirib.
Əbu Mərzukun sözlərinə görə, “işğala qarşı müqavimət və mübarizə yolu ilə mübarizə aparmaq lazımdır, inteqrasiya və birgə yaşayışla yox”.